Nazir: "Gənclər sahəsindəki Ukrayna-Azərbaycan əlaqələrini dövlət səviyyəsindən şəxsi əlaqələrə keçirmək lazımdır"

Nazir: "Gənclər sahəsindəki Ukrayna-Azərbaycan əlaqələrini dövlət səviyyəsindən şəxsi əlaqələrə keçirmək lazımdır" Kiyev. 23 noyabr. REPORT.AZ/ Ukrayna və Azərbaycan idmançıları boks, ağır atletika, güləş kimi idman növlərində güclüdürlər.
Xarici siyasət
23 Noyabr , 2018 12:26
Nazir: Gənclər sahəsindəki Ukrayna-Azərbaycan əlaqələrini dövlət səviyyəsindən şəxsi əlaqələrə keçirmək lazımdır
0 : 00
0 : 00

Kiyev. 23 noyabr. REPORT.AZ/ "Ukrayna və Azərbaycan idmançıları boks, ağır atletika, güləş kimi idman növlərində güclüdürlər".

Bu barədə "Report"a müsahibəsində Ukraynanın gənclər və idman naziri İqor Jdanov bildirib.

"Azərbaycanla kifayət qədər geniş əməkdaşlıq edirik və bu, gənclər sahəsində qarşılıqlı münasibətlərin ənənəvi formalarıdır. Hesab edirəm ki, münasibətlər gələcəkdə daha da inkişaf edəcək", - nazir deyib.

Onun sözlərinə görə, həm Ukrayna, həm də Azərbaycan gənclər sahəsində əlaqələrin inkişaf etdirilməsində maraqlıdır: "Bu əlaqələri dövlət səviyyəsindən şəxsi əlaqələr səviyyəsinə, ictimai xadimlərin əlaqələrinə, ictimai təşkilatların əlaqələrinə keçirmək, onları daha çox ufiqi xətlə genişləndirmək lazımdır. Dövlət də bəzi şeylərdə yardım edə bilər".

İki ölkə arasında idman sahəsindəki qarşılıqlı əlaqələrdən danışan nazir Ukrayna və Azərbaycan idmançılarının beynəlxalq arenada rəqabət apardığını və boks, ağır atletika, güləş kimi idman növlərində güclü olduqlarının vurğulayıb.

"Bir dəfə nazir (Azərbaycan gənclər və idman naziri Azad Rəhimov - red.) ilə söhbət edirdim və o dedi ki, Azərbaycanda müəyyən tarixi səbəblərə görə inkişaf etdirilməyən bəzi şeylər var. Deməli, sizin ənənəvi olanları, azərbaycanlıların güclü olduğu sahələri - güləş, boks, ağır atletika inkişaf etdirmək lazımdır", - İ.Jdanov bildirib.

Onun fikrincə, Ukrayna tərəfi Azərbaycan ərazisində təlim-məşq toplanışları keçirilməsində və əksinə, Azərbaycan tərəfinin Ukraynda təlim-məşq toplanışları təşkil etməsində maraqlıdır.

Nazir vurğulayıb ki, Azərbaycan və Ukrayna idmanda qəbuledilməz olan dopinq məsələsində eyni mövqeyə malikdir.

Son xəbərlər

Orphus sistemi