“Postmünaqişə dövründə regiondakı yeni reallıqlar çərçivəsində maraqlarımızın irəliləməsi bu il də prioritet olaraq qalıb”.
“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2022-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, bu sahədə fəal beynəlxalq vasitəçilik olub: “Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli görüşlər keçirilib. Eyni zamanda Praqada dördtərəfli və Soçidə üçtərəfli görüşlər baş tutub.
Həyata keçirilən işlərə rəğmən, əldə olunmuş nəticələr çox məhduddur. Bunun əsas səbəbi isə Ermənistanın qeyri-konstruktiv və qeyri-ardıcıl addımlarıdır”.