Nazir Elmar Məmmədyarov UNICEF-in Azərbaycan Nümayəndəliyinin yeni rəhbərini qəbul edib

Nazir Elmar Məmmədyarov UNICEF-in Azərbaycan Nümayəndəliyinin yeni rəhbərini qəbul edib Azərbaycan ilə UNICEF arasında əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb
Xarici siyasət
3 Sentyabr , 2014 09:19
Nazir Elmar Məmmədyarov UNICEF-in Azərbaycan Nümayəndəliyinin yeni rəhbərini qəbul edib
Bakı. 3 sentyabr. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov UNICEF-in Azərbaycanın Nümayəndəliyinin yeni rəhbəri Andro Şilakadzeni qəbul edib. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən verilən məlumatına görə, nazir Elmar Məmmədyarov UNICEF-in rəhbərini yeni təyinatı münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzu edib. Azərbaycanın sürətlə inkişaf etdiyini bildirən Andro Şilakadze bu ölkə ilə UNICEF arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün böyük potensialın olduğunu diqqətə çatdırıb.

Görüş zamanı Azərbaycan ilə UNICEF arasında əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi