Nazir Elmar Məmmədyarov Norveç Krallığının Azərbaycana təyin olunmuş yeni səfirini qəbul edib

Nazir Elmar Məmmədyarov Norveç Krallığının Azərbaycana təyin olunmuş yeni səfirini qəbul edib Görüşdə iki ölkə arasında siyasi dialoqun daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb
Xarici siyasət
2 Sentyabr , 2014 16:58
Nazir Elmar Məmmədyarov Norveç Krallığının Azərbaycana təyin olunmuş yeni səfirini qəbul edib

Bakı. 2 sentyabr. REPORT.AZ/ Bu gün xarici işlər naziri Elmar Məmmədyarov Norveç Krallığının Azərbaycana təyin olunmuş yeni səfiri Bard İvar Svendseni qəbul edib. Report-un məlumatına görə, görüşdə iki ölkə arasında əlaqələrin mövcud inkişaf səviyyəsindən, xüsusilə enerji sahəsində uğurlu əməkdaşlıqdan məmnunluq ifadə olunub.

Nazir Elmar Məmmədyarov səfiri yeni təyinatı münasibətilə təbrik edib və ona gələcək diplomatik fəaliyyətində uğurlar arzu edib.

Səfir Bard İvar Svendseni iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə iki ölkə arasında siyasi dialoqun daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi