Bakı. 10 sentyabr. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkədə səfərdə olan İsrailin Müdafiə naziri Moşe Yaalonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Report-un Azərbaycan XİN-in mətbuat xidmətinə verilən məlumata əsasən, görüş əsnasında Azərbaycan və İsrail arasında mövcud əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub və müxtəlif sahələr üzrə əlaqələrin inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğu qeyd olunub.
Görüşdə qarşılıqlı maraq doğuran sahələr üzrə fikir mübadiləsi aparılıb.