​Nazir Elmar Məmmədyarov Almaniyanın yeni səfirini qəbul edib

​Nazir Elmar Məmmədyarov Almaniyanın yeni səfirini qəbul edib Qarşılıqlı maraq doğuran məsələlər ətarfında fikir mübadiləsi aparılıb
Xarici siyasət
4 Avqust , 2016 17:28
​Nazir Elmar Məmmədyarov Almaniyanın yeni səfirini qəbul edib

Bakı. 4 avqust. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Almaniya Federativ Republikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Mixail Kindsqrabı qəbul edib.

XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumatına görə, Elmar Məmmədyarov səfir Mixail Kindsqrabı Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Səfir etimadnaməsinin surətini Nazir Elmar Məmmədyarova təqdim edib.

Görüşdə Azərbaycan və Almaniya arasında ikitərəfli münasibətlərin inkişaf səviyyəsindən məmnunluq ifadə olunub.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətarfında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi