Yuxarı

Nazir Elmar Məmmədyarov UNICEF-in Azərbaycan Nümayəndəliyinin yeni rəhbərini qəbul edib

Azərbaycan ilə UNICEF arasında əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb

Bakı. 3 sentyabr. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov UNICEF-in Azərbaycanın Nümayəndəliyinin yeni rəhbəri Andro Şilakadzeni qəbul edib. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən verilən məlumatına görə, nazir Elmar Məmmədyarov UNICEF-in rəhbərini yeni təyinatı münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzu edib. Azərbaycanın sürətlə inkişaf etdiyini bildirən Andro Şilakadze bu ölkə ilə UNICEF arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün böyük potensialın olduğunu diqqətə çatdırıb.

Görüş zamanı Azərbaycan ilə UNICEF arasında əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi