Yuxarı

Nazir Elmar Məmmədyarov Norveç Krallığının Azərbaycana təyin olunmuş yeni səfirini qəbul edib

Görüşdə iki ölkə arasında siyasi dialoqun daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb

Bakı. 2 sentyabr. REPORT.AZ/ Bu gün xarici işlər naziri Elmar Məmmədyarov Norveç Krallığının Azərbaycana təyin olunmuş yeni səfiri Bard İvar Svendseni qəbul edib. Report-un məlumatına görə, görüşdə iki ölkə arasında əlaqələrin mövcud inkişaf səviyyəsindən, xüsusilə enerji sahəsində uğurlu əməkdaşlıqdan məmnunluq ifadə olunub.

Nazir Elmar Məmmədyarov səfiri yeni təyinatı münasibətilə təbrik edib və ona gələcək diplomatik fəaliyyətində uğurlar arzu edib.

Səfir Bard İvar Svendseni iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə iki ölkə arasında siyasi dialoqun daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi