Yuxarı
    Bağlamaq

    Nazir Elmar Məmmədyarov İsraillin müdafiə naziri ilə görüşüb

    Görüşdə Azərbaycan və İsrail arasında mövcud əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub

    Bakı. 10 sentyabr. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkədə səfərdə olan İsrailin Müdafiə naziri Moşe Yaalonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

    Report-un Azərbaycan XİN-in mətbuat xidmətinə verilən məlumata əsasən, görüş əsnasında Azərbaycan və İsrail arasında mövcud əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub və müxtəlif sahələr üzrə əlaqələrin inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğu qeyd olunub.

    Görüşdə qarşılıqlı maraq doğuran sahələr üzrə fikir mübadiləsi aparılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi