Nazir: Əfqanıstan Azərbaycanla əməkdaşlığı möhkəmləndirmək niyyətindədir

Nazir: Əfqanıstan Azərbaycanla əməkdaşlığı möhkəmləndirmək niyyətindədir Əfqanıstanın dağ-mədən və neft sənayesi naziri Bakıya səfərinin yekunlarını şərh edib
Xarici siyasət
9 Aprel , 2015 18:02
Nazir: Əfqanıstan Azərbaycanla əməkdaşlığı möhkəmləndirmək niyyətindədir

Bakı. 9 aprel. REPORT.AZ/ Əfqanıstan Azərbaycanla iqtisadi əməkdaşlığı möhkəmləndirmək niyyətindədir. Bu barədə "Report"a Azərbaycanda səfərdə olan Əfqanıstanın dağ-mədən və neft sənayesi naziri Daud Şah Saba bildirib.

Onun sözlərinə görə, əfqan nümayəndə heyəti Bakıda bir sıra səmərəli görüşlər keçirib. Həmin görüşlər Əfqanıstan və Azərbaycan arasında münasibətlərin möhkəmləndirilməsinə yeni imkanlar açacaq. 

O qeyd edib ki, Azərbaycan və Əfqanıstan arasındakı iqtisadi münasibətlərin inkişafı maksimum səviyyəyə çatmayıb: "Həm Əfqanıstan, həm də Azərbaycan tərəfi iqtisadi əməkdaşlığın səviyyəsindən razı deyil. Bu səbəbdən hər iki tərəf əməkdaşlığın möhkəmləndirilməsi üçün bütün potensial imkanlardan istifadə etmək haqqında razılığa gəliblər. Ümid edirəm ki, baş tutan səfər əməkdaşlığın dərinləşməsinə köməklik göstərəcək, xüsusilə də Azərbaycan üçün Əfqanıstana sərmayə yatırmaq imkanı yaradacaq". 

Son xəbərlər

Orphus sistemi