Nazir: "BƏƏ Azərbaycanın işğal olunmuş ərazilərindən malların ölkəyə idxalının qarşısını alacaq"

Nazir: "BƏƏ Azərbaycanın işğal olunmuş ərazilərindən malların ölkəyə idxalının qarşısını alacaq" "Azərbaycan BƏƏ-yə kənd təsərrüfatı məhsulların ixracını artıra bilər"
Xarici siyasət
3 May , 2016 19:09
Nazir: BƏƏ Azərbaycanın işğal olunmuş ərazilərindən malların ölkəyə idxalının qarşısını alacaq

Bakı. 3 may. REPORT.AZ/ Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Daşqın Şikarov bu ölkənin iqtisadiyyat naziri Sultan bin Səid Əl Mansuri ilə görüş keçirilib.

Azərbaycanın BƏƏ-dəki səfirliyindən "Report"a verilən məlumata görə, görüşdə D.Şikarov Azərbaycan və BƏƏ arasında siyasi və iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu və iki ölkənin xaqları və hökumətləri arasında çox gözəl münasibətlərin formalaşdığını bildirib.

Qeyd edilib ki, iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətləri iqtisadi, ticarət və investisiyalar sahəsində də əməkdaşlığın genişləndirilməsi üçün əlavə imkanlar açır. Azərbaycanda xüsusilə kənd təsərrüfatı məhsullarının ixracı üçün böyük potensial olduğunu deyən D.Şikarov Azərbaycanın təbii və yüksək keyfiyyətli kənd təsərrüfatı məhsullarının BƏƏ bazarına daxil olması məsələsində müvafiq dəstəyin göstərilməsini xahiş edib.

Turizm sahəsindəki əməkdaşlığa da toxunan D.Şikarov qeyd edib ki, Qəbələ, Şamaxı, Quba, Qusar, Şəki, Naxçıvan və Azərbaycanın digər bölgələrinin öz təbii gözəllikləri ilə BƏƏ-li turistləri valeh edəcəyindən əmindir. Bu çərçivədə səfir BƏƏ-nin “Emirates”, “Etihad” və “Arabian Airlines” kimi aviaşirkətlərini ölkəmizə müntəzəm uçuşlara başlamağa dəvət edib.

Görüşdə D.Şikarov BƏƏ-li nazirin diqqətini Ermənistanın Azərbaycan ərazilərini işğalı faktına yönəldərək, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində görülən işlərlə bağlı məlumat verib.

Öz növbəsində nazir Əl Mansuri bildirib ki, ölkəsi Azərbaycanla əlaqələrin inkişafına xüsusi əhəmiyyət verir. BƏƏ bazarının Azərbaycan məhsullarına açıq olduğunu deyən Əl Mansuri xüsusilə ət məhsullarının idxalına ehtiyac duyulduğunu bildirib.

Nazir qeyd edib ki, Azərbaycan məhsullarının BƏƏ bazarında uğurla rəqabət apara bilməsi üçün logistika yollarının inkişafı məsələsinə xüsusi diqqət yetirilməli, məhsulların qısa müddətdə etibarlı və ucuz nəqli təmin edilməlidir. Bu çərçivədə nazir deyib ki, Azərbaycan - İran (Bəndər Abbas) – BƏƏ güzərgahı inkişaf etdirilə bilər.

Nazir Əl Mansuri işğal olunmuş Azərbaycan ərazilərində həyata keçirilən qeyri-qanuni iqtisadi fəaliyyət nəticəsində istehsal olunan məhsulların BƏƏ-yə mümkün idxalı ilə bağlı məsələnin diqqətdə saxlanılacağını və əgər varsa, belə halların qarşısının alınacağını vəd edib. 

Son xəbərlər

Orphus sistemi