Nazir: "Paşinyan azərbaycanlıların qayıdışını Ermənistanın milli təhlükəsizliyinə təhdid sayır"

Nazir: "Paşinyan azərbaycanlıların qayıdışını Ermənistanın milli təhlükəsizliyinə təhdid sayır" Yüz minlərlə azərbaycanlı Ermənistandan kütləvi şəkildə köçürülüb.
Xarici siyasət
28 dekabr 2023 12:14
Nazir: Paşinyan azərbaycanlıların qayıdışını Ermənistanın milli təhlükəsizliyinə təhdid sayır

Yüz minlərlə azərbaycanlı Ermənistandan kütləvi şəkildə qovulub.

"Report"un xəbərinə görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov dekabrın 28-də ilin yekunlarına dair mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, azərbaycanlılar dədə-baba torpaqlarına qayıdacaqlarına ümidlidirlər: "Amma Ermənistanın mövqeyi təəssüf və təəccüb doğurur. Ermənistan baş naziri Nikol Paşinyan azərbaycanlıların Qərbi Azərbaycana qayıdışını Ermənistanın milli təhlükəsizliyinə təhdid kimi qiymətləndirir. Bu yanaşma sülh müqaviləsi sahəsində Ermənistanın mövqeyi ilə uyğunsuzluq təşkil edir".

Son xəbərlər

Orphus sistemi