XİN başçısı: “Azərbaycan və Türkiyə arasındakı əməkdaşlıq regionun təhlükəsizliyinə xidmət edir”

XİN başçısı: “Azərbaycan və Türkiyə arasındakı əməkdaşlıq regionun təhlükəsizliyinə xidmət edir” “Hərbi təlimlər bizim əməkdaşlığımızın böyük əhəmiyyətli hissəsini təşkil edir.
Xarici siyasət
12 Avqust , 2020 12:03
XİN başçısı: “Azərbaycan və Türkiyə arasındakı əməkdaşlıq regionun təhlükəsizliyinə xidmət edir”

“Hərbi təlimlər bizim əməkdaşlığımızın böyük əhəmiyyətli hissəsini təşkil edir. Ancaq demək istərdim ki, hərbi sahədə əməkdaşlıq daha geniş məfhum daşıyır. Burada həm texniki əməkdaşlıq, eyni zamanda hərbi təhsil, hərbi səhiyyə sahələrində də əməkdaşlıq var”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov “CNN Türk”ə müsahibəsində bildirib.

“Azərbaycanla Türkiyə arasında hərbi sahədə əməkdaşlığın uzunmüddətli tarixi var. Bu iki ölkə arasında hərbi sahəsində əməkdaşlıq sazişi əsasında keçirilir. Bu, mütəmadi şəkildə keçirilən hərbi təlimlərdir. Hazırda keçirilən tədbirlər də həmin sıradan olan növbəti bir tədbirlərdir. Eyni zamanda mən düşünürəm ki, Türkiyə və Azərbaycan arasında olan əməkdaşlıq nəinki ölkələrimizin, eyni zamanda regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə xidmət edir. Hesab edirəm ki, təhlükəsizlik sahəsində olan əməkdaşlıq da məhz belə dəyərləndirilməlidir”, - nazir əlavə edib.

Son xəbərlər

Orphus sistemi