"
"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri
Onun sözlərinə görə, yalnız imkanlar deyil, həm də çətinliklər var: "Buna görə də bu yaxınlarda Təhlükəsizlik Dialoqunu da başlatmışıq. Belə ki, biz təhlükəsizlik, terrorizm və ekstremizmə qarşı mübarizə və digər bir çox məsələlərdə oxşar təsəvvürlə tərəfdaşlığımızı necə siyasi dəstəkləyə biləcəyimizi görmək istəyirik. Qeyri-qanuni miqrasiya ilə birlikdə bu məsələlər hamımız üçün ciddi narahatlıq doğura bilər. Burada xüsusilə nəzərə çatdırmaq istərdim ki, beynəlxalq hüquq prinsiplərinin davam edən pozuntusunun nəticələrinin aradan qaldırılması istiqamətində müvəffəqiyyətsizlik, habelə münaqişənin həlli kontekstində bu prinsiplərin yanlış təfsir olunması və selektiv tətbiqi qaydalara əsaslanan Avropa düzənini pozur. Hesab edirəm ki, əgər Avropa İttifaqı qonşuluq siyasətini inkişaf etdirirsə və regionda digər ölkələrə gəldikdə buna siyasi və maliyyə baxımından bu qədər çox sərmayə qoyursa, onda, əlbəttə ki, qaydalara əsaslanan bir yanaşma olmalıdır".
"Bundan əlavə, Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri üzrə, nəyin bizə kollektiv olaraq vacib olduğunu və tərəfdaşlığımızın nəyi hədəfləməli olduğunu göstərən bu qısa, lakin hərtərəfli sənədimiz var. Bu, prioritetlərdən bəhs edir. Bu, fokusdan bəhs edir. İndi bir intizam yaratmaq və onu həyata keçirtmək lazımdır. Orada, deyə bilərəm ki, Azərbaycanın uzaqgörən yanaşması vardır. Biz bunun necə həyata keçirilməsi ilə bağlı ilkin təsəvvürümüzü Aİ ilə bölüşmüşük. Tezliklə mətnimizi sizinlə bölüşəcəyik və bu yaydan əvvəl praktiki cəhətdən implementasiyaya başlayacağımıza ümid edirik. Fərqləndirmə, çeviklilik, diqqət mərkəzində saxlama və daha çox mülkiyyətçilik prinsiplərinin həyata keçirilməsi üçün hər bir ölkənin konkret məqsədləri və iqtisadi potensialına uyğun və prioritetlərə əsaslanan əməkdaşlıq daha səmərəli olardı. Belə bir yanaşma uzunmüddətli münasibətlərimizə müsbət təsir edər və həqiqi fərqləndirmə ruhuna uyğun olardı", - deyə nazir qeyd edib.