Nazir: "ABŞ Azərbaycana 10 milyard, Azərbaycan isə ABŞ-a 8 milyard dollardan çox investisiya qoyub"

Nazir: "ABŞ Azərbaycana 10 milyard, Azərbaycan isə ABŞ-a 8 milyard dollardan çox investisiya qoyub" ABŞ bu günə qədər Azərbaycan iqtisadiyyatına 10 milyard ABŞ dollarından çox sərmayə qoyub.
Xarici siyasət
25 Sentyabr , 2019 13:28
Nazir: ABŞ Azərbaycana 10 milyard, Azərbaycan isə ABŞ-a 8 milyard dollardan çox investisiya qoyub

"ABŞ bu günə qədər Azərbaycan iqtisadiyyatına 10 milyard ABŞ dollarından çox sərmayə qoyub". 

"Report" xəbər verir ki, bunu Xarici İşlər naziri Elmar Məmmədyarov “2019 Xəzər Biznes Forumu”nda deyib. 

Nazir bildirib ki, Azərbaycan Dövlət Neft Fondu (ARDNF) ABŞ bazarlarına, o cümlədən sabit gəlirə, kapitala və daşınmaz əmlaka 8 milyard ABŞ dollarından çox investisiya qoyub: "250-dən çox ABŞ şirkəti Azərbaycanda qeydiyyata alınıb və fəaliyyətini təşkil ediblər. Amerikanın böyük tikinti və əməliyyat şirkətləri, podratçılar, xidmət təminatçıları və investorları müstəqillik əldə etdikdən etibarən Azərbaycanda böyük və orta miqyaslı layihələrin əksəriyyətində iştirak edib".

Son xəbərlər

Orphus sistemi