Yuxarı
    Bağlamaq

    Nursultan Nazarbayev Azərbaycana səfərinin təxirə salınmasından danışıb - VİDEO

    Qazaxıstan prezidenti jurnalistlər üçün brifinq keçirib

    Bakı. 11 noyabr. REPORT.AZ/ Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycana nəzərdə tutulan səfərinin təxirə salınmasından danışıb.

    "Report" xəbər verir ki, o, sözügedən məsələyə yerli mətbuat nümayəndələri üçün keçirdiyi brifinq zamanı toxunub.

    İnternetdə səhhətində yaranmış problemlə bağlı ona şəfa diləyən hər kəsə minnətdarlığını bildirən Nursultan Nazarbayev, Azərbaycana səfərinin təxirə salınmasına da toxunub:

    "Bloqqerlər bu barədə yazıblar, internetdə yazılıb. Xəstəliyimi elan etmək məcburiyyətində qaldıq, çünki mən beynəlxalq tədbirləri təxirə salmalı oldum. Azərbaycan və Ermənistana səfərlər nəzərdə tutulurdu, onu da təxirə saldıq. Çünki qızdırma və öskürək ilə harasa getmək mümkün deyildi".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi