“Kütləvi İnformasiya Vasitələri (KİV) Azərbaycanın üzləşdiyi mina təhlükəsi ilə bağlı məsələləri işıqlandırmaq üçün mühüm vasitədir”.
Bunu “Report”a açıqlamasında “Revive” minalarla mübarizə üzrə qeyri-hökumət təşkilatının (Böyük Britaniya) direktoru Naycel Ellvey Azərbaycandakı mina probleminə beynəlxalq strukturların biganə münasibətini şərh edərkən deyib.
Onun sözlərinə görə, bu gün KİV tez-tez gündəmi müəyyən edir, ona görə də jurnalistlərin ötürdüyü məlumatların beynəlxalq strukturlar üçün əhəmiyyətli olması vacibdir.
“KİV-lərin diqqət yetirdiyi sahəyə siyasətçilər də diqqət yetirirlər”, - deyən N.Ellvey Ukrayna və İsraili misal göstərib.