Naxçıvanla İran arasında fövqəladə hallar sahəsində əməkdaşlıq artırılır

Naxçıvanla İran arasında fövqəladə hallar sahəsində əməkdaşlıq artırılır İranın Naxçıvandakı baş konsulu Naxçıvan Muxtar Respublikanın fövqəladə hallar naziri ilə görüşüb
Xarici siyasət
28 Aprel , 2016 09:12
Naxçıvanla İran arasında fövqəladə hallar sahəsində əməkdaşlıq artırılır

Bakı. 28 aprel. REPORT.AZ/ İranın Naxçıvan Muxtar Respublikasındakı (MR) baş konsulu Mansour Airom Naxçıvan MR-in fövqəladə hallar naziri Şamo Abdullayevlə görüşüb.

İranın Naxçıvandakı baş konsulluğundan "Report"a verilən məlumata görə, görüşdə fövqəladə hallar zamanı və böhran vəziyyətində Iranla Naxçıvan arasında əməkdaşlıq imkanları müzakirə olunub.

Naxçıvan MR fövqəladə hallar naziri söhbət əsnasında İrana səfər zamanı keçirilən görüşlər, İran- Azərbaycan arasında imzalanan əməkdaşlıq sənədlərinin olmasına diqqət çəkərək deyib ki, İranla Naxçıvanın yaxınlığı və bir coğrafi relyefdə yerləşmələri nəticəsində baş verə biləcək hər hansı bir təbii fəlakət hər iki tərəfə təsir edəcək. Onun sözlərinə görə, bu mövzu isə insanlıq məsələlərindən əlavə iki ölkə arasında əməkdaşlığı vacibliyini artırır.

Mansour Airom öz növbəsində fövqəladə hallar zamanı aidiyyatı qurumların fəaliyyəti barədə məlumat verərək bildirib ki, Böhran Kontrol Mərkəzi İranda fövqəladə hallar zamanı məsuliyyətli orqandır və ölkənin bütün vilayətlərində və hətta şəhərlərdə və fəailiyyət göstərir. M.Airom əlavə edib ki, İranın Naxçıvanla sərhəd vilayətlərində fəailiyyət göstərən Böhran Kontrol Mərkəzləri Naxçıvan MR Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlıq etdikləri təqdirdə bir birlərinin təcrübəsindən yararlana bilərlər. Həmçinin iranlı şirkətlər böhran zamanında istifadə olunan xilas emtə avadanlıqları və daşına bilən günəş panellərinin təmin olunmasında iştirak edə bilərlər.   

Son xəbərlər

Orphus sistemi