Naxçıvanın meyvə-tərəvəz məhsullarının Qazaxıstana ixrac perspektivləri müzakirə olunub

Naxçıvanın meyvə-tərəvəz məhsullarının Qazaxıstana ixrac perspektivləri müzakirə olunub Qazaxıstan səfiri Beybit İsabayev Naxçıvana səfər edib
Xarici siyasət
16 İyun , 2017 17:31
Naxçıvanın meyvə-tərəvəz məhsullarının Qazaxıstana ixrac perspektivləri müzakirə olunub

Bakı. 16 iyun. REPORT.AZ/ Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev Naxçıvan Muxtar Respublikasına işgüzar səfər edib.

Qazaxıstan Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, səfər Azərbaycanın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyulması, eləcə də Heydər Əliyev muzeyini ziyarət etməklə başlayıb.

Ardından Qazaxıstanın Azərbaycandakı səfiri Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovla görüşüb. Görüşdə Qazaxıstan və Azərbaycan arasında münasibətlərin hazırkı vəziyyəti, eləcə də ikitərəfli əməkdaşlığın aktual məsələləri müzakirə olunub. Tərəflər ölkələrimiz arasında mövcud əlaqələrin yüksək səviyyədə olduğunu və uğurlu iqtisadi əməkdaşlıq həyata keçirildiyini bildiriblər.

Bundan əlavə, B.İsabayev Naxçıvanın baş naziri Əlövsət Baxşıyev, yeni Biznes Mərkəzində olaraq muxtar respublikanın iqtisadiyyat naziri Famil Seyidov ilə görüşüb.

Eyni zamanda, Qazaxıstan səfiri Naxçıvan Dövlət Universitetini ziyarət edərək ali təhsil müəssisəsinin rəhbərliyi ilə görüşüb, eləcə də universitet tələbələri qarşısında açıq mühazirə ilə çıxış edib.

Səfər zamanı Qazaxıstan səfiri həmçinin Naxçıvan şəhərinin mədəni obyektlərində, görməli yerlərində olub. O, şəhərin bir neçə aqrar-sənaye mərkəzlərinə və kənd təsərrüfatı parklarına baş çəkib. Tanışlıq məqsədi daşıyan sənaye obyektlərinə ekskursiya zamanı Azərbaycan istehsalı olan meyvə-tərəvəzlərin hər il Qazaxıstanın qərb bölgələrinə tadarükü, eləcə də investisiya cəlb etmək və birgə müəssisələr yaratmaq məsələləri ətraflı müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi