​Naxçıvanda sərhəd qurumlarının əməkdaşları üçün milli təlim keçirilir

​Naxçıvanda sərhəd qurumlarının əməkdaşları üçün milli təlim keçirilir Təlimin əsas diqqəti sərhəd idarəetməsinin inkişafı, eləcə də maddi və texniki bazanın gücləndirilməsi olacaq
Xarici siyasət
19 May , 2016 21:00
​Naxçıvanda sərhəd qurumlarının əməkdaşları üçün milli təlim keçirilir

Bakı. 19 may. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasında sərhəd qurumlarının əməkdaşları üçün milli təlimin açılış mərasimi keçirilib.

BMT-nin Bakıdakı ofisindən "Report"a verilən məlumata görə, sərhəd idarəçiliyinə məsul olan qurumlar, sərhədçilər, immiqrasiya və gömrük əməkdaşlarına “Sərhəd idarəçiliyinə məsul olan qurumların "Liderlik və İdarəetmə vəzifələri” adlı üçgünlük təlimin əsas diqqəti sərhəd idarəetməsinin inkişafı, eləcə də maddi və texniki bazanın gücləndirilməsi olacaq.

Tədbirdə hökumət qurumları, BMT-nin İnkişaf Proqramının (BMTİP), Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin nümayəndələri iştirak edirlər. BMTİP-nın strateji əməkdaşlıq üzrə müşaviri Məzahir Əfəndiyev çıxışında Naxçıvanda artıq görülən işləri nəzərə çatdırıb və belə təlimlərin iştirakçılara onların gündəlik işlərində qazandıracağı bilik və bacarıqların əhəmiyyətini xüsusilə vurğulayıb.

Naxçıvan Muxtar Respublikasının sərhəd idarəçiliyinə məsul olan qurumların rəsmiləri belə təlimlərin sərhədçilərin gələcək fəaliyyətlərində müstəsna rol oynayacaqlarını bildiriblər. Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzinin beynəlxalq ekspertləri Robert Glökl və Heinz Şneyder müasir sərhəd idarəetmə sistemləri haqqında öz biliklərini paylaşıb və iştirakçıları bu sahədə baş vermiş ən son yeniliklər haqqında məlumatlandırıblar.

Qeyd edək ki, təlim Dövlət Sərhəd Xidməti və BMTİP-in birgə həyata keçirdiyi və Avropa İttifaqının maliyyələşdirdiyi layihə çərçivəsində təşkil edilib.

Son xəbərlər

Orphus sistemi