Naxçıvan və Yaponiyanın Miyakodzima şəhərləri qardaşlaşır

Naxçıvan və Yaponiyanın Miyakodzima şəhərləri qardaşlaşır Miyakodzima şəhər merinin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvana səfər edəcək
Xarici siyasət
11 Mart , 2016 10:44
Naxçıvan və Yaponiyanın Miyakodzima şəhərləri qardaşlaşır

Bakı. 11 mart. REPORT.AZ/ Azərbaycanın Naxçıvan və Yaponiyanın Miyakodzima şəhərləri qardaşlaşacaq.

Bu barədə "Report"a iqtisadiyyat sahəsi üzrə yaponiyalı ekspert Kazuyasu İşida məlumat verib.

Onun sözlərinə görə, aprelin ikinci ongünlüyündə Miyakodzima şəhər merinin rəhbərlik etdiyi 60 nəfərlik nümayəndə heyəti ikitərəfli münasibətlərin inkişafını müzakirə etmək və bölgə ilə tanış olmaq məqsədilə Naxçıvana səfər edəcək.

K.İşida bildirib ki, Naxçıvan və Okinava adasında yerləşən Miyakodzima arasında bir sıra oxşar cəhətlər var: "Naxçıvan kimi Okinava da iki ölkə üçün strateji əhəmiyyətli yerə malikdir. Üstəlik, Okinava Yaponiyada mühüm turizm istiqamətlərindən biridir. Bu sahədə Naxçıvan da böyük potensiala malikdir. Bundan əlavə, ada elektrik enerjisinin 30%-dən çoxunu bərpa olunan enerji mənbələrindən alır. Naxçıvan bu sahədəki təcrübədən faydalana bilər".

K.İşida əlavə edib ki, şəhərin qardaşlaması onların bir-biri haqqında daha geniş məlumat əldə etməsinə imkan verəcək. Ekspert, həmçinin şəhərlər arasında müvafiq müqavilələrin bağlanmasından sonra gələcəkdə həm Naxçıvanda, həm Miyakodzimada tədbirlər keçirilməsi planlaşdırılır. Onun sözlərinə görə, bu tədbirlərdə iki ölkənin müvafiq regionlarının mədəniyyəti, adət-ənənələri və imkanları təqdim olunacaq.

Xatırladaq ki, daha əvvəl İsmayıllı və Yaponiyanın İto şəhəri qardaşlaşmışdı.

Son xəbərlər

Orphus sistemi