Yuxarı

NATO nümayəndələri IPAP çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə etmək üçün Azərbaycana gələcək

Stefan Elqersma: NATO ilə Azərbaycan arasında əməkdaşlıq durmadan inkişaf edir

Bakı. 7 mart. REPORT.AZ/ NATO nümayəndələri gələn həftə Azərbaycanın NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (IPAP) çərçivəsində Azərbaycana gələcək.

"Report"un məlumatına görə, bu barədə Bakıda keçirilən "Varşavada NATO-2016 sammiti: imkanlar və gözləntilər" beynəlxalq konfransında çıxışı zamanı NATO mənzil-qərargahının rəsmi nümayəndəsi Stefan Elqersma məlumat verib.

"NATO ilə Azərbaycan arasında əməkdaşlıq durmadan inkişaf edir. Praktiki əməkdaşlığımızdan məmnunuq", - deyə S.Elqersma bildirib.

Dünya siyasi arenasındakı vəziyyət haqqında danışan S.Elqersma qeyd edib ki, 2014-cü ildən vəziyyət pisləşməyə başlayıb və bu, Alyans üçün müəyyən problemlər yaradır. O, müdafiə üzrə kollektiv tədbirlərin görülməsinin vacibliyini önə çəkib. Bu baxımdan NATO-nun rəsmi nümayəndəsi Cənubi Qafqaz ölkələri ilə əməkdaşlığın vacibliyini qeyd edib. S.Elqersma bu günə qədər NATO və Azərbaycanın fövqəladə halların idarə edilməsi, minalardan təmizləmə kimi sahələrdə müxtəlif tədbirlər həyata keçirdiyini bildirib. O, həmçinin hazırda NATO-da bir neçə Azərbaycan zabitinin işləməsinin önəmini qeyd edib.

Eyni zamanda, S.Elqersma Cənubi Qafqazın üç ölkəsinin NATO ilə əməkdaşlıqda müxtəlif yanaşmalara malik olduğunu və qurumun bu yanaşmaların hamısına hörmətlə yanaşdığını diqqətə çatdırıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi