Yuxarı

NATO nümayəndə heyəti tərəfdaşlıq perspektivlərini müzakirə etmək üçün Azərbaycana gəlib

Nümayəndə heyəti  NATO ölkələrinin Bakıdakı səfirləri və səfirliklərin hərbi attaşeləri ilə görüşlər keçirib

Bakı. 18 mart. REPORT. AZ/ NATO nümayəndə heyəti Azərbaycanla tərəfdaşlıq perspektivlərini müzakirə etmək üçün Bakıya gəlib. Rumıniyanın Azərbaycandakı səfirliyindən "Report"a bildiriblər ki, martın 18-də NATO-nun Azərbaycandakı fəaliyyətinin koordinatoru olan bu ölkənin Bakıdakı səfirliyində NATO qərargahı müdafiə siyasətinin planlaşdırılması üzrə və planşadırma şöbəsinin direktoru Frank Bolandın rəhbərlik etdiyi nümayəndə heyəti  NATO ölkələrinin Bakıdakı səfirləri və səfirliklərin hərbi attaşeləri ilə görüşüb.  

NATO nümayəndə heyəti Bakıya Azərbaycan hökuməti ilə qarşılıqlı maraq kəsb edən məsələlərlə bağlı məsləhətləşmələr aparmaq üçün səfər edib.

Tədbiri açan Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çobanu NATO və Azərbaycan arasındakı tərəfdaşlığın strateji əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, rəsmi Rumıniyanın fikrincə, Bakı və Şimali Atlantik Alyans arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var. Səfir Çobanu bildirib ki, Rumıniya bundan sonra da NATO və Azərbaycan arasında münasibətlərin inkişafını davamlı olaraq dəstəkləyəcək. 

Frank Boland öz növbəsində Azərbaycan və NATO əməkdaşlığının Sülh Naminə Tərəfdaşlıq və Planlaşdırma Prosesi və İcmal  proqramı çərçivəsində necə həyata keçdiyi haqda danışıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi