Yuxarı
    Bağlamaq

    NATO missiyası Əfqanıstanda "Qətiyyətli dəstək" əməliyyatları çərçivəsində iştirakına görə Azərbaycana təşəkkür edib

    Azərbaycan təqribən 15 ildir Əfqanıstandakı missiyasıda iştirak edir

    Bakı. 6 fevral. REPORT.AZ/ NATO missiyası Əfqanıstanın hökumət qüvvələrinə təlimlər keçirlməsi və yardım göstərilməsi üzrə "Qətiyyətli dəstək" əməliyyatları çərçivəsində iştirakına görə Azərbaycana təşəkkür edib.

    "Report" xəbər verir ki, bu barədə "Qətiyyətli dəstək" əməliyyatının rəsmi "Twitter" səhifəsində bildirilib.

    "Azərbaycan təqribən 15 ildir Əfqanıstandakı missiyasıda iştirak edir və bu ölkənin təxminən 100 hərbçisi missiyaya töhfə verir", - məlumatda deyilir.

    Qeyd edək ki, "Qətiyyətli dəstək" əməliyyatı (Resolute Support Mission) NATO-nun Əfqanıstanın hökumət qüvvələrinə təlimlər keçirlməsi və yardım göstərilməsi üzrə qeyri-döyüş missiyasıdır və onun icrasına 2015-ci il yanvarın 1-dən başlanılıb. Missiya Əfqanıstanda 2001-ci ildən fəaliyyət göstərən və 2014-cü il dekabrın 28-də başa çatan Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin (ISAF) əməliyyatını əvəz edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi