NATO rəsmisi: “Azərbaycanla əla əməkdaşlığımız var”

NATO rəsmisi: “Azərbaycanla əla əməkdaşlığımız var”
Xarici siyasət
276
13 Aprel , 2020 10:52
NATO rəsmisi: “Azərbaycanla əla əməkdaşlığımız var”

“Azərbaycanın özünəməxsus oriyentasiyası var: Bakı Rusiyanın müttəfiqi deyil, amma NATO-ya üzv olmaq da istəmir”.

“Report” xəbər verir ki, bunu Rusiyanın “Nezavisimaya qazeta” nəşrinə müsahibəsində NATO Baş katibinin siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə köməkçisinin müavini Ceyms Appaturay deyib.

“Azərbaycanla əla əməkdaşlığımız var. Hərbi rəhbərliyimizlə Rusiyanın ən yüksək hərbi rəhbərliyi arasında görüşlərimizə Azərbaycanın ev sahibliyi etməsi buna yaxşı nümunədir. Bu istiqamətdə əhəmiyyətli əməkdaşlığı inkişaf etdiririk”, - o bildirib.

Alyansın Cənubi Qafqazla əməkdaşlığına münasibət bildirən baş katibin köməkçisinin müavini NATO-nun bu bölgədə daha fəal olduğunu qeyd edib: “Bölgənin hər üç ölkəsi - Gürcüstan, Azərbaycan, Ermənistan NATO ilə əlaqələri möhkəmləndirməyə səy göstərir. Gürcüstanın Şimali Atlantika alyansına üzv olmaq üçün aydın istəkləri mövcuddur. Bu ölkədə çox fəal iştirak edirik. Gürcüstana siyasi müstəqilliyi, suverenliyi qorumaq və məqsədinə çatmaqda kömək etmək istəyirik. Bu ölkənin insanları bunu istəyir və biz onların istəklərinə hörmət edirik”.