Yuxarı
    Bağlamaq

    NATO Azərbaycanla əməkdaşlığa xüsusi önəm verir

    Elmar Məmmədyarov NATO baş katibinin ictimai diplomatiya məsələləri üzrə müavini Tacan İldemi qəbul edib© Report.az

    Bakı. 5 may. REPORT.AZ/ Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarov NATO baş katibinin ictimai diplomatiya məsələləri üzrə müavini Tacan İldem ilə görüşüb.

    XİN-dən "Report"a verilən məlumata görə, görüş zamanı Azərbaycan-NATO əlaqələrinin hazırkı durumu və əməkdaşlıq perspektivləri barəsində fikir mübadiləsi aparılıb.

    Tacan İldem NATO-nun Azərbaycanla əməkdaşlığa xüsusi önəm verdiyini və Azərbaycanın NATO-nun dəyərli tərəfdaşı olduğunu deyib. O, Azərbaycanın NATO-nun Əfqanıstanda Qətiyyətli dəstək əməliyyatına, eləcə də əfqan ordusu üzrə Etimad Fonduna verdiyi töhfələrinin, ikitərəfli əsasda Əfqanıstanda davamlı inkişafa dəstəyinin yüksək qiymətləndirildiyini vurğulayıb.

    T.İldem ictimai diplomatiya sahəsində əməkdaşlığı qeyd edərək, Azərbaycan ictimaiyyətində NATO haqqında məlumatlandırmanın artırılması üçün ictimai xarakterli birgə tədbirlərin əhəmiyyətinə diqqət çəkib.

    Görüşdə tərəflər Azərbaycanın NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planı, Planlaşdırma və Analiz Prosesi və digər proqramlarında iştirakına dair fikir mübadiləsi aparıb və bu istiqamətdə əldə edilmiş nailiyyətləri təqdir ediblər.

    Nazir E.Məmmədyarov qonağı Ermənistan-Azərbaycan münaqişəsi üzrə aparılan danışıqlar prosesinin cari durumu barəsində məlumatlandırdı və münaqişənin BMT-nin müvafiq qətnamələrində də təsbit edildiyi kimi Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməli olduğunu vurğulayıb və Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan qoşunlarının mövcudluğunun regional sülh və təhlükəsizliyə əsas təhdid olduğunu diqqətə çatdırıb.

    T.İldem Mədəniyyətlərarası Dialoq üzrə IV Dünya Forumunun beynəlxalq əhəmiyyətli məsələlərin müzakirəsi və fikir mübadiləsi baxımından vacib platforma olduğunu deyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi