NATO Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən sənəd qəbul edib

NATO Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən sənəd qəbul edib "Müttəfiqlər Azərbaycan, Ermənistan, Gürcüstan və Moldovanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyini dəstəkləyir"
Xarici siyasət
9 İyul , 2016 17:40
NATO Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən sənəd qəbul edib

Bakı. 9 iyul. REPORT.AZ/ NATO Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.

"Report"un verdiyi məlumata görə, bu barədə Varşavada NATO sammitinin yekun kommunikesində qeyd edilib.

Kommunikenin 24-cü paraqrafında NATO üzv dövlətləri Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini dəstəkləməkədə sadiq olduqlarını bir daha vurğulayaraq, Cənubi Qafqazda mövcud olan münaqişələrin məhz beynəlxalq hüququn bu prinsipləri və normaları, BMT Nizamnaməsi və Helsinki Yekun aktı əsasında həllini dəstəklədiklərini ifadə ediblər.

"Müttəfiqlər həmçinin Azərbaycan, Ermənistan, Gürcüstan və Moldova Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və suverenliyini dəstəkləyir. Bu kontekstdə biz Cənubi Qafqazda mövcud olan münaqişələrin sülh yolu həllinə dəstək verməyə sadiq qalırıq", - deyə sənəddə qeyd olunub.

Kommunikeni Alyansa üzv ölkələrin, eləcə də təşkilatın tərəfdaş ölkələrin rəhbərləri imzalayıblar.

Xatırladaq ki, Çikaqoda (2012) və Uelsdə (2014) keçirilən NATO sammit çərçivəsində də Azərbaycanın ərazi bütövlüyü dəstəklənib. 

Son xəbərlər

Orphus sistemi