Bakı. 25 aprel.
“Report” xəbər ki, bunu BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu ilə bağlı keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, hər kəs cəmiyyətdə sülhü yaymağa çalışmalıdır: “Birgə məsuliyyətimiz ondan ibarətdir ki, birgə olaq, sülhü bərqərar edək. Sülhün də təməlini gənclər təşkil edir. Ekstremizmlə mübarizə onun yaranmasının qarşısını alır. BMT-nin Sivilizasiyalar Alyansı bu istiqamətlərə böyük önəm verir. Dini liderlər də bu işdə birgə işləməli, aktiv olmalıdır”.