Nasir Əbdüləziz Əl-Nasir: "Azərbaycan multikulturalizmin uğurlu nümunəsidir"

Nasir Əbdüləziz Əl-Nasir: "Azərbaycan multikulturalizmin uğurlu nümunəsidir" "Azərbaycan öz siyasəti ilə multikulturalizmi seçib"
Xarici siyasət
27 Aprel , 2016 11:53
Nasir Əbdüləziz Əl-Nasir: Azərbaycan multikulturalizmin uğurlu nümunəsidir

Bakı. 27 aprel. REPORT.AZ/ "Azərbaycan öz coğrafi mövqeyi və əhalisinin etnik müxtəlifliyi ilə əlaqədar, öz siyasəti ilə multikulturalizmi seçib".

"Report" xəbər verir ki, bunu BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində keçirilən "Bakı prosesi: qlobal mədəniyyətlərarası dialoqun yeni çağırışlarına cavab verərkən" panelində deyib.

Ali nümayəndə Azərbaycanın multikulturalizmin uğurlu nümunəsi olduğunu qeyd edib: "Azərbaycan multikulturalizmin uğurla həyata keçirilməsi modelidir. Biz bu ölkənin təcrübəsindən istifadə etməklə bu sahə barədə daha çox şey öyrənə bilərik".

O, mədəniyyətlərarası dialoqa dair Bakı prosesinin 2008-ci ildən uğurla həyata keçirildiyini və onun dünyanın bir çox ölkələri üçün müzakirə platforması kimi xidmət etdiyini xatırladıb.

Qeyd edək ki, 2008-ci il dekabrın 2-3-də Azərbaycan paytaxtında Avropa Şurasının üzvü olan dövlətlərin mədəniyyət nazirlərinin konfransı keçirilib. Həmin konfrans çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə mədəniyyətlərarası dialoqa dair "Bakı prosesi"nin əsasını qoyulub və mədəniyyətlərarası dialoqa dair Bakı bəyannaməsi qəbul edilib.

Son xəbərlər

Orphus sistemi