Müvəqqəti işlər vəkili: "Azərbaycan Kanada ilə əlaqələrin dərinləşməsində maraqlıdır"

Müvəqqəti işlər vəkili: "Azərbaycan Kanada ilə əlaqələrin dərinləşməsində maraqlıdır" Ramin Hüseynli: İki ölkə arasında sabit və dost münasibətlər var"
Xarici siyasət
20 Oktyabr , 2016 14:31
Müvəqqəti işlər vəkili: Azərbaycan Kanada ilə əlaqələrin dərinləşməsində maraqlıdır

Bakı. 20 oktyabr. REPORT.AZ/ "Azərbaycan və Kanada arasında sabit və dost münasibətlər var".

"Report" xəbər verir ki, bunu Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Ramin Hüseynli "The Hill" qəzetinə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan Kanada ilə əlaqələrin dərinləşməsində maraqlıdır. Bununla yanaşı, müvəqqəti işlər vəkili ikitərəfli əlaqələrin əhəmiyyətini vurğulayıb: "Kanada Cənubi Qafqazdakı geosiyasi proseslərə fəal şəkildə cəlb olunmayıb. İkitərəfli səfərlər vəziyyəti yaxşılaşdıra bilər".

Diplomat Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə Kanadaya təşəkkür edib.

İqtisadi əlaqələrdən danışan R.Hüseynli bildirib ki, son illər ərzində bu münasibətlər ciddi şəkildə inkişaf edib, ticarət dövriyyəsi isə 20 milyon dollardan (2004-cü il) 1 milyard dollara (2015-ci il) qədər artıb.

R.Hüseynlinin sözlərinə görə, Kanada şirkətləri Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub Qaz Dəhlizi və s. layihələrdə fəal iştirak edir.

Son xəbərlər

Orphus sistemi