Mustafa Şəntop: "Ermənistandan beynəlxalq hüquqa əməl etməsini tələb edirik"

Mustafa Şəntop: "Ermənistandan beynəlxalq hüquqa əməl etməsini tələb edirik" “Ermənistanın beynəlxalq hüquqa zidd hərəkətləri hər zaman olub” .
Xarici siyasət
112
28 İyul , 2021 09:57
Mustafa Şəntop: Ermənistandan beynəlxalq hüquqa əməl etməsini tələb edirik
Mustafa Şəntop

“Ermənistanın beynəlxalq hüquqa zidd hərəkətləri hər zaman olub” .

“Report” xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Ermənistan rahat şəkildə hücum fəaliyyətindən əl çəkməyəcək: “Ermənistanda yeni seçkilər keçirildi. Nikol Paşinyan qələbə qazandı. Müharibənin sonunda barışa yönəlik addım atıldı. Ermənistan xalqının atışmalardan narahat olduğunu düşünmürəm. Atışmaların davam etməsi ilə barışın təmin edilməsi mümkün deyil. Ermənistandan beynəlxalq hüquqa əməl etməsini tələb edirik. Çünki müharibə nəticəsində acı nəticələri gördük”.

Son xəbərlər

Orphus sistemi