Türkiyə parlamentinin sədri Azərbaycana başsağlığı verib

Türkiyə parlamentinin sədri Azərbaycana başsağlığı verib Türkiyə Böyük millət Məclisinin sədri Mustafa Şentop Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya uğraması ilə bağlı Azərbaycana başsağlığı verib. “Report” xəbər verir ki, o, bu barədə tviter hesabında paylaşım edib: “Bu gün baş verən heliko
Xarici siyasət
30 Noyabr , 2021 15:55
Türkiyə parlamentinin sədri Azərbaycana başsağlığı verib
Mustafa Şentop

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya uğraması ilə bağlı Azərbaycana başsağlığı verib.

“Report”un xəbərinə görə, o, bu barədə tviter hesabında paylaşım edib.

“Bu gün baş verən helikopter qəzasında şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaralananlara şəfa diləyirik. Azərbaycan xalqının başı sağ olsun”, - M.Şəntop bildirib.

Qeyd edək ki, noyabrın 30-da saat 10:40 radələrində DSX-nin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var.

Son xəbərlər

Orphus sistemi