​Müşavir: "Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi dünyada bu tipdə yaradılan ilk qurumdur"

​Müşavir: "Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi dünyada bu tipdə yaradılan ilk qurumdur" Almaniya universitetlərində “Azərbaycan multikulturalizmi” kafedraları yaradılacaq
Xarici siyasət
23 Fevral , 2016 13:01
​Müşavir: Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi dünyada bu tipdə yaradılan ilk qurumdur

Bakı. 23 fevral. REPORT.AZ/ "Almaniyada, o cümlədən Drezden şəhərində vaxtaşırı Azərbaycan multikulturalizminin təbliği, təşviqi ilə bağlı silsilə tədbir və layihələr həyata keçiriləcək".

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bunu Mərkəzin Almaniyanın Drezden şəhərində fəaliyyət göstərən filialının müşaviri Ağa Hüseyn Babayev deyib.

O bildirib ki, yerli mətbuat orqanlarında materialların dərc olunması, Almaniyanın ali tədris ocaqlarında "Azərbaycan multikullturalizmi" fənninin tədrisi, "Azərbaycan multikulturalizmi" kafedralarının yaradılması istiqamətində müvafiq işlərin görülməsi yeni yaranmış filialın qarşısında duran əsas vəzifələrdəndir.

O, qeyd edib ki, Beynəlxalq Multikulturalizm Mərkəzinin Drezdendə yaradılması qərarı təsadüfi deyil: "Drezden şəhəri Azərbaycanın nadir abidəsi olan “Kitabi-Dədə Qorqud”un əlyazmasının saxlanıldığı şəhərdir. Bu məqsədlə BBMM-in Drezden filialının mərkəz rolunda seçilməsi Azərbaycan multikulturalizmi ənənələrinin Almaniya ictimaiyyətinə çatdırılması baxımından mütərəqqi addımdır. Eyni zamanda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin filialının Almaniyada açılması maraqlı hadisədir. Çünki Almaniya multikulturalizm siyasətinin müzakirə olunduğu bir ölkədir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi dünyada bu tipdə yaradılan ilk qurumdur. Gələcəkdə Mərkəzin belə filiallarının başqa Avropa ölkələrində də açılacağına inanıram".

Son xəbərlər

Orphus sistemi