Yuxarı
    Bağlamaq

    Müqəddəs Taxt-Tacın mətbuat xidməti: "Roma Papasının Cənubi Qafqaz regionuna səfəri sülh məqsədi daşıyır"

    Gürcüstan və Azərbaycan Papanın səfər etdiyi 23-cü və 24-cü ölkə olacaq

    Bakı. 27 sentyabr. REPORT.AZ/ "Roma Papası Fransiskin Cənubi Qafqaz regionuna səfəri sülh məqsədi daşıyır və Papa bütün region üçün barışıq mesajı gətirəcək".

    "Report" İtaliya KİV-inə istinadən xəbər verir ki, bunu Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin rəhbəri Qreq Berk deyib.

    Xatırladaq ki, Papa sentyabrın 30-dan oktyabrın 2-dək Gürcüstan və Azərbaycana səfər etmək niyyətindədir. O, iyunun 24-26-da Ermənistanda səfərdə olub.

    "Bu, Fransiskin 16-cı beynəlxalq səyahət turudur. Gürcüstan və Azərbaycan isə Papanın səfər etdiyi 23-cü və 24-cü ölkə olacaq", - deyə Q.Berk bildirib.

    Onun sözlərinə görə, Gürcüstan və Azərbaycana səfər etməklə Papa Cənubi Qafqaz regionuna səfərlərə yekun vuracaq.

    Davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyət haqqında danışan Q.Berk Papanın bu mövzuda nə deyəcəyini bilmədiyini deməklə bərəbər, gözləməyi tövsiyə edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi