Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən “Indra” şirkətinin prezidenti, idarə heyətinin sədri Mark Tomas Murtranın görüşü olub.
"Report" xəbər verir ki, görüşdə ötən illər ərzində şirkət ilə Azərbaycan arasında qurulmuş əməkdaşlıqdan məmnunluq ifadə olundu, bu əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulandı.
Söhbət zamanı bir sıra yeni layihələr barədə fikir mübadiləsi aparıldı və əməkdaşlığın davam etdirilməsinə qarşılıqlı maraq ifadə olundu.
Azərbaycan Prezidenti İlham Əliyev ilə “Indra” şirkətinin prezidenti, idarə heyətinin sədri Mark Tomas Murtranın görüşü olub.
"Report" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, görüş fevralın 17-də Münxendə qarşı tərəfin müraciətinə əsasən baş tutub.