Afrika İttifaqı ilə Azərbaycan arasında münasibətlərin inkişafı üçün səylərin davam etdirilməsi barədə razılıq əldə olunub

Afrika İttifaqı ilə Azərbaycan arasında münasibətlərin inkişafı üçün səylərin davam etdirilməsi barədə razılıq əldə olunub Afrika İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın yaradılması və bu əməkdaşlığın inkişafı üçün geniş potensial var
Xarici siyasət
9 İyul , 2015 18:41
Afrika İttifaqı ilə Azərbaycan arasında münasibətlərin inkişafı üçün səylərin davam etdirilməsi barədə razılıq əldə olunub

Bakı. 9 iyul. REPORT.AZ/Azərbaycan Respublikasının Afrika İttifaqı yanında Daimi nümayəndəsi Elman Abdullayev Afrika İttifaqının İnfrastruktur və Enerji Məsələləri üzrə Komissarı Elham İbrahim ilə görüş keçirib.

"Report"un Azərbaycanın Efiopiyadakı səfirliyinə istinadən verdiyi xəbərə görə, görüş zamanı Elman Abdullayev Azərbaycanın regionda lider ölkə olması, onun dəstəyi ilə həyata keçirilən enerji layihələri və regionun inkişafına verdiyi töhfə barədə Aİ Komissarına geniş məlumat verib.

Aİ Komissarı öz növbəsində Azərbaycanın dünyanın enerji təhlükəsizliyindəki rolunu yüksək qiymətləndirərək, ölkənin bu sahədəki regional və beynəlxalq təşəbbüsləri ilə yaxından tanış olduğunu qeyd edib. Görüşdə Afrika İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın yaradılması və bu əməkdaşlığın inkişafı üçün geniş potensialın mövcud olduğu vurğulanıb. Münasibətlərin inkişafı üçün qarşılıqlı şəkildə səylərin davam etdirilməsi və tərəflər arasında təmasların artırılması barədə razılıq əldə edilib. 

Son xəbərlər

Orphus sistemi