Müdafiə naziri Zakir Həsənovun İrana rəsmi səfəri başlayıb

Müdafiə naziri Zakir Həsənovun İrana rəsmi səfəri başlayıb Səfər çərçivəsində regional təhlükəsizlik məsələlərinin müzakirəsi planlaşdırılır
Xarici siyasət
15 Aprel , 2017 16:23
Müdafiə naziri Zakir Həsənovun İrana rəsmi səfəri başlayıb

Bakı. 15 aprel. REPORT.AZ/ Müdafiə naziri general-polkovnik Zakir Həsənovun İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə dəstək naziri general-mayor Hüseyn Dehqanın dəvətilə İrana rəsmi səfəri başlayıb.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Səfər çərçivəsində İranın siyasi və hərbi rəhbərliyi ilə keçiriləcək bir sıra görüşlərdə ikitərəfli hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərinin müzakirəsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi