MTX: “Ermənistan və Azərbaycan nümayəndələri sərhədləri dəqiqləşdirmək məqsədilə görüş keçirib”

MTX: “Ermənistan və Azərbaycan nümayəndələri sərhədləri dəqiqləşdirmək məqsədilə görüş keçirib” Ermənistanın Sünik rayonunun Tex-Kornidzor sahəsində sərhədləri dəqiqləşdirmək məqsədilə Ermənistan və Azərbaycan nümayəndələri arasında görüş keçirilib.
Xarici siyasət
1 Aprel , 2023 13:44
MTX: “Ermənistan və Azərbaycan nümayəndələri sərhədləri dəqiqləşdirmək məqsədilə görüş keçirib”

Ermənistanın Sünik rayonunun Tex-Kornidzor sahəsində sərhədləri dəqiqləşdirmək məqsədilə Ermənistan və Azərbaycan nümayəndələri arasında görüş keçirilib.

“Report” xəbər verir ki, bu barədə TASS Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) mətbuat mərkəzinə istinadən məlumat yayıb.

"Tex-Kornidzor sahəsində Ermənistan Respublikası və Azərbaycan Respublikasının nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Sərhədlərin dəqiqləşdirilməsi istiqamətində aparılan işlər nəticəsində sahədə vəziyyət xeyli yaxşılaşıb. Hazırda işlər davam etdirilir, nəticələr barədə ictimaiyyətə məlumat veriləcək”, - məlumatda bildirilib.

Son xəbərlər

Orphus sistemi