Mövlud Çavuşoğlu Nikol Paşinyanı təbrik etməsinə aydınlıq gətirib

Mövlud Çavuşoğlu Nikol Paşinyanı təbrik etməsinə aydınlıq gətirib
Xarici siyasət
24 İyul , 2018 19:00
Mövlud Çavuşoğlu Nikol Paşinyanı təbrik etməsinə aydınlıq gətirib
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu / Report/ Elchin Murad

Bakı. 24 iyul. REPORT.AZ/ "Ermənistanın baş naziri Nikol Paşinyanı insanlıq naminə təbrik etdim. Azərbaycanla, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər hansı başqa mövqe tutmağımız mümkün deyil". 

"Report" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə keçirdiyi brifinqdə deyib.

"Bəli, mən Ermənistanın baş nazirini təbrik etmişəm. Bu ayaq üstü olub. Ermənistanın Avropa Şurasında keçmiş təmsilçisi və indiki xarici işlər naziri ilə Belçikada görüşdüm. Görüş zamanı, o, məni Ermənistanın yeni hökumət başçısı ilə tanış etdi. Mən nəzakət və insanlıq naminə Nikol Paşinyanla salamlaşdım və təbrik etdim. Bu o demək deyil ki, biz Azərbaycanla, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər hansı başqa mövqe tuta bilərik"-, nazir qeyd edib.