Mövlud Çavuşoğlu Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - FOTO

Mövlud Çavuşoğlu Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - FOTO XİN başçısı Heydər Əliyevin məzarı önünə əklil qoyub
Xarici siyasət
241
27 Noyabr , 2015 09:38
Mövlud Çavuşoğlu Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - FOTO

Bakı. 27 noyabr. REPORT.AZ/ Bakıda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.

"Report" xəbər verir ki, Mövlud Çavuşoğlu Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarı önünə əklil qoyub. Daha sonra o, akademik Zərifə Əliyevanın məzarını ziyarət edib.

Türkiyənin xarici işlər naziri, həmçinin Şəhidlər Xiyabanında 20 Yanvar şəhidlərinin xatirəsini yad edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub. Daha sonra Ə.Davudoğlu 1918-ci ildə Bakının daşnaklardan azad olunması uğrunda mübarizədə həlak olan türk əsgərlərinin abidəsinə baş çəkib və əklil qoyub.

Son xəbərlər

Orphus sistemi