Mövlud Çavuşoğlu Bakıda Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib

Mövlud Çavuşoğlu Bakıda Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib "Qafqaz İslam Ordusunun əsgərləri Türkiyə-Azərbaycan arasında birlik və əlaqələrin qurulumasının memarıdır"
Xarici siyasət
25 Fevral , 2015 13:03
Mövlud Çavuşoğlu Bakıda Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib

Bakı.25 fevral. REPORT.AZ/ Türkiyənin xarici işlər nazrir Mövlud Çavuşoğlu və xanımı Hülya Çavuşoğlu Bakıda ümummilli lider Heydər Əliyev və görkəmli oftolmoloq alim, akademik Zərifə Əliyevanın məzarlarını ziyarət edərək, əklil qoyublar.

Daha sonra türkiyəli qonaqlar Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edib.

Mövlud Çavuşoğlu Türk Şəhidliyindəki xatirə dəftərini imzalayıb.

O, Qafqaz İslam Ordusunun tərkibində Azərbaycanın azadlığı uğrunda şəhid olmuş türk əsgərləri ilə qürur duyduğunu vurğulayaraq, onları Türkiyə ilə Azərbaycan arasında birlik və əlaqələrin qurulumasının memarı adlandırıb: "Qafqaz İslam Ordusunun şəhidləri başda olmaqla Türkiyə və Azərbaycan şəhidlərini, hər iki ölkənin müstəqilliyi uğrunda mübarizədə fədakarlıqlarını əsirgəməyn qəhrəmanlarımızı rəhmət və minnətdarlıqla anıram".

Son xəbərlər

Orphus sistemi