Mövlud Çavuşoğlu: "Azərbaycan FETÖ tərəfdarları ilə mübarizəyə böyük töhfə verib"

Mövlud Çavuşoğlu: "Azərbaycan FETÖ tərəfdarları ilə mübarizəyə böyük töhfə verib" "Azərbaycanın dəstəyi Türkiyəyə qardaş olan digər ölkələr üçün nümunə olmalıdır"
Xarici siyasət
28 İyul , 2016 13:19
Mövlud Çavuşoğlu: Azərbaycan FETÖ tərəfdarları ilə mübarizəyə böyük töhfə verib

Bakı. 28 iyul. REPORT.AZ/ "Azərbaycan Fətullahçı terror təşkilatı (FETÖ) tərəfdarları ilə mübarizəyə böyük töhfə verib".

"Report" xəbər verir ki, bu sözləri türkiyəli jurnalistlərə açıqlamasında qardaş ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, Fətullahçı terror təşkilatı ilə mübarizədə Azərbaycanın dəstəyi Türkiyəyə qardaş olan digər ölkələr üçün nümunə olmalıdır.

Türkiyə XİN-də Fətullahçı terror təşkilatının tərəfdarları ilə mübarizədən danışan M.Çavuşoğlu qeyd edib ki, iki səfir artıq, tutduğu postdan azad edilib.

Son xəbərlər

Orphus sistemi