Moskvada Xocalı faciəsi qurbanlarının xatirəsi yad edilib

Moskvada Xocalı faciəsi qurbanlarının xatirəsi yad edilib Şəhərin 2 500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib
Xarici siyasət
104
26 Fevral , 2021 16:38
Moskvada Xocalı faciəsi qurbanlarının xatirəsi yad edilib

Bu gün Azərbaycanın Moskvadakı səfirliyi qarşısında Xocalı qətliamı qurbanlarının xatirəsinə ənənəvi gülqoyma mərasimi keçirilib.

“Report”un Rusiya bürosunun verdiyi məlumata görə, Azərbaycan səfirliyinin qarşısında hər kəsin gül dəstəsi düzə biləcəyi və faciənin günahsız qurbanlarının xatirəsini ehtiramla yad edə biləcəyi xatirə stendi yaradılıb.

Tədbirdə Azərbaycan Rusiyadakı səfiri Polad Bülbüloğlu, Azərbaycan diasporunun nümayəndələri və gənclər iştirak ediblər.

Qeyd edək ki, gün ərzində arzu edən hər kəs səfirlik qarşısındalı stendə gül dəstəsi qoyub soyqırımı qurbanlarının xatirəsini ana bilər.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edib. Şəhərin 2 500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Ermənilər isə dinc sakinləri gülləbaran ediblər.

Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 1 275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. 8 ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

Son xəbərlər

Orphus sistemi