Moskvada Xəzərin statusu ilə bağlı Rusiya-Azərbaycan məsləhətləşmələri keçirilib

Moskvada Xəzərin statusu ilə bağlı Rusiya-Azərbaycan məsləhətləşmələri keçirilib Məsləhətləşmələr "2017-2018-ci illərdə Rusiya və Azərbaycanın Xarici İşlər Nazirlikləri arasında Tədbirlər Planı"na dair keçirilib
Xarici siyasət
11 Aprel , 2017 00:00
Moskvada Xəzərin statusu ilə bağlı Rusiya-Azərbaycan məsləhətləşmələri keçirilib
Foto Report.az

Moskva. 11 aprel. REPORT.AZ/ Rusiyanın paytaxtı Moskva şəhərində Xəzərin statusu ilə bağlı Rusiya-Azərbaycan məsləhətləşmələri keçirilib.

"Report"un Rusiya bürosunun məlumatına görə, bu barədə Azərbaycanın Rusiyadakı Səfirliyinin məlumatında deyilir.

Məlumatda bildirilir ki, Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov və Rusiya Xarici İşlər Nazirliyinin (XİN) xüsusi tapşırıqlar üzrə Səfiri İqor Bratçikov Xəzəryanı ölkələrin XİN başçılarının qarşıdakı görüşünə hazırlıq məsələlərini müzakirə ediblər. Məsləhətləşmələr "2017-2018-ci illərdə Rusiya və Azərbaycanın Xarici İşlər Nazirlikləri arasında Tədbirlər Planı"na dair keçirilib.

Azərbaycanın xarici İşlər nazirinin müavini Xələf Xələfov və Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri İqor Bratçikov bildiriblər ki, belə ikitərəfli məsləhətləşmələrin formatı Xəzərin statusu ilə bağlı aktual məsələlərin həllinə kömək edir və tərəflərin mövqelərini yaxınlaşdırır.

Diplomatlar bildiriblər ki, Xəzəryanı ölkələr arasında imzalanacaq konvensiya bütün ölkələrin suveren hüquqlarını və maraqlarını nəzərə almalıdır.

Görüşün əsas müzakirə mövzusu Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin Rusiya, İran, Qazaxıstan, Türkmənistan və Azərbaycan prezidentlərinin görüşünə hazırlığı olub.

Tərəflər həmçinin yanvarda Bakıda Xəzərin hüquqi statusuna dair Konvensiyanın hazırlanması üzrə Xüsusi İşçi Qrupunun (xarici işlər nazirlərinin müavinləri səviyyəsində) toplantısının yekunlarını müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi