Moskvada Xəzərin hüquqi statusu üzrə xüsusi İşçi Qrupun iclası keçirilib

Moskvada Xəzərin hüquqi statusu üzrə xüsusi İşçi Qrupun iclası keçirilib Хüsusi işçi qrupun növbəti iclası Qazaxstanda olacaq
Xarici siyasət
10 İyun , 2016 13:32
Moskvada Xəzərin hüquqi statusu üzrə xüsusi İşçi Qrupun iclası keçirilib

Bakı. 10 iyun. REPORT.AZ/ Moskvada Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə Xüsusi İşçi Qrupunun Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin müavinləri səviyyəsində 45-ci iclası keçirilib.

"Report" xəbər verir ki, iyunun 8-də başlayan və 10-dək davam edən iclasda Azərbaycan, Rusiya, İran, Türkmənistan və Qazaxıstan xarici işlər nazirlərinin müavinləri iştirak edib. 

İclasda iştirak edən Azərbaycan nümayəndə heyətinə  xarici işlər nazirinin müavini Xələf Xələfov rəhbərlik edib.

Nümayəndə heyətlərinin rəhbərləri Moskva görüşünün Qazaxıstanda keçiriləcək Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin iclasına hazırlıq baxımdan xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanıb, həmçinin Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə iş tezliklə başa çatdırılmasının vacibliyini qeyd edib.

Хüsusi işçi qrupun növbəti iclası Qazaxstanda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi