Moskvada Heydər Əliyevin doğum günü şərəfinə tədbirlər keçirilir

Moskvada Heydər Əliyevin doğum günü şərəfinə tədbirlər keçirilir Əlamətdar tarixin şərəfinə Azərbaycan Pavilyonunda “Həyatdan hekayə” adlı fotosərgi açılıb
Xarici siyasət
100
10 May , 2021 14:09
Moskvada Heydər Əliyevin doğum günü şərəfinə tədbirlər keçirilir
Heydər Əliyev

Moskvada Xalq Təsərrüfatının Nailiyyətləri Sərgisindəki Azərbaycan Sərgi və Ticarət Mərkəzində Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü qeyd olunur.

“Report”un Rusiya bürosunun məlumatına görə, tədbir Azərbaycan Pavilyonunun rəhbərliyi tərəfindən təşkil olunub.

Əlamətdar tarixin şərəfinə Azərbaycan Pavilyonunda “Həyatdan hekayə” adlı fotosərgi açılıb. Sərgidə ulu öndərin fotoları nümayiş etdirilir.

Həmçinin qonaqlar üçün Andrey Konçalovskinin Heydər Əliyevin siyasi fəaliyyət məsələlərinə toxunan “Hakimiyyət yükü” filminin nümayişi də təşkil ediləcək.

Sərgi mayın 16-dək davam edəcək və hamı üçün açıq olacaq.

Son xəbərlər

Orphus sistemi