Moskvada Azərbaycan və Rusiya XİN rəhbərlərinin görüşü keçirilib - ƏLAVƏ OLUNUB

Moskvada Azərbaycan və Rusiya XİN rəhbərlərinin görüşü keçirilib - ƏLAVƏ OLUNUB Nazirlər ikitərəfli əməkdaşlıq perspektivlərini, Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə ediblər
Xarici siyasət
25 May , 2015 14:33
Moskvada Azərbaycan və Rusiya XİN rəhbərlərinin görüşü keçirilib - ƏLAVƏ OLUNUB

Bakı. 25 may. REPORT.AZ/ Moskvada Azərbaycan və Rusiya XİN rəhbərlərinin görüşü keçirilib. "Report" xəbər verir ki, Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov və onun rusiyalı həmkarı Sergey Lavrov  ikitərəfli əməkdaşlıq perspektivlərini, regional və beynəlxalq gündəliyin əsas məsələlərini, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə ediblər.

Görüşü açaraq, nazirlər iki ölkə arasında fəal dialoqun yüksək səviyyədə olduğunu qeyd ediblər. Sergey Lavrov ötən həftə Bakıda yaşayış binasında baş verən yanğın nəticəsində həlak olanlarla bağlı başsağlığı verdi. 

Məmmədyarov öz növbəsində bildirib ki, ölkələr arasında münasibətlər yüksək səviyyədədir və səmərəli şəkildə inkişaf edir, iki ölkə arasında ticarət dövriyyəsi artır. 

Xatırladaq ki, Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov Rusiyada rəsmi səfərdədir. 

Azərbaycan XİN rəhbərinin səfər proqramında rusiyalı həmkarı ilə danışıqlardan başqa, Dövlət Dumasının sədri Sergey Narışkin və Rusiya hökumətinin sədr müavini Dmitri Roqozinlə də görüşlər nəzərdə tutulub. 

Son xəbərlər

Orphus sistemi