Yuxarı
    Bağlamaq

    Moskvada Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin 25 illiyinə həsr olunmuş sərgi açılıb

    Sərgidə fotomateriallar və diplomatik sənədlər təqdim olunub© Report.az

    Moskva. 6 mart. REPORT.AZ/ Moskvada Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr olunmuş sərginin açılışı olub. 

    Bu barədə “Report”un Moskva müxbiri xəbər verir.

    Açılış mərasimində Azərbaycanın və Rusiyanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Sergey Lavrov iştirak ediblər.

    Sərgidə diplomatik qurumların işini və dövlətlər arasında əməkdaşlığı əks etdirən fotomateriallar və diplomatik sənədlər təqdim olunub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi