Moskvada Azərbaycan-Rusiya əməkdaşlığı məsələləri müzakirə olunub

Moskvada Azərbaycan-Rusiya əməkdaşlığı məsələləri müzakirə olunub Xələf Xələfov və Qriqori Karasinin görüşü keçirilib
Xarici siyasət
9 İyun , 2016 17:42
Moskvada Azərbaycan-Rusiya əməkdaşlığı məsələləri müzakirə olunub

Bakı. 9 iyun. REPORT.AZ/ Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin və Xəzərin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə Xüsusi İşçi qrupun 45-ci iclasında iştirak etmək üçün Moskvada səfərdə olan Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovun görüşü baş tutub.

"Report" Rusiya XİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə Rusiya-Azərbaycan-İran üçtərəfli formatda qarşılıqlı əlaqələrdə problemlər, eləcə də Azərbaycan-Rusiya münasibətlərinin bir sıra aktual məsələləri müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi