Yuxarı
    Bağlamaq

    Moskvada Azərbaycan-Rusiya əlaqələrinin 25 illiyinə həsr olunmuş "dəyirmi masa" keçirilib

    Rusiya İctimai Palatasında Rusiyanın ictimai həyatında Azərbaycan diasporunun rolu mövzusunda dəyirmi masası keçirilib

    Moskva. 21 fevral. REPORT.AZ/ Moskvada Rusiya İctimai Palatasında Azərbaycan-Rusiya əlaqələrinin 25 illiyinə həsr olunmuş "Müasir dünyada diasporlar. Rusiyanın ictimai həyatında Azərbaycan diasporunun rolu" mövzusunda "dəyirmi masa" keçirilib.

    "Report"un Moskva müxbirinin verdiyi məlumata görə, tədbirin təşkilatçıları qismində İctimai Palatanın ictimai diplomatiyanın inkişafı və xaricdəki soydaşlara dəstək Komissiyası ilə Azərbaycan-Rusiya Mədəniyyət və Həmrəylik Mərkəzi çıxış edib.

    Tədbirdə Rusiyada milli diaspor problemləri, ölkədə vətəndaşların milli-mədəni özünüifadəsinə qarşı olmayan identikliyin yaradılması məsələsi müzakirə edilib. Bu baxımdan Azərbaycan diasporunun fəaliyyəti nümunə kimi göstərilib. Rusiyada yaşayan azərbaycanlıların özlərini rusiyalı saydığı, amma eyni zamanda vətənlə sıx əlaqləri qoruduqları, milli mədəniyyəti və ənənələri unutmadıqları, hətta yaşadıqları ölkədə bunlartı təbliğ etdikləri vurğulanıb.

    Müzakirələrdə Azərbaycanın Rusiyadakı səfirliyinin, Rusiya Federasiyası Prezidenti yanında Millətlərarası Münasibətlər Şurasının, Millətlərin İşi üzrə Federal Agentliyin, Ümumrusiya Azərbaycan Konqresinin, Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin nümayəndələri, ictimai xadimlər, Azərbaycan diasporunun fəalları iştirak ediblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi